“Vaşinqton Post” Amerika və Ukrayna hərbçiləri arasında aparılan danışıqları təsvir edən məqalə yayımlayıb. Nəşr yazır ki, amerikalı general Mark Milli Ukrayna diversiya qruplarının komandirlərinə şəxsən göstəriş verib. O deyib: “Bütün ruslar gecə yarısı boğazının kəsiləcəyini düşünüb yatmalıdır”. Dövlətimiz bu əclaf general Millini beynəlxalq axtarışa verməyə borcludur.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı telejurnalist Vladimir Solovyov deyib.
“Bu əclaf terrorçu kimi tanınmalıdır. Cinayət işi açmalıyıq. Rusiyanın həm yeni ərazilərində, həm də daxilində baş verən terror aktlarının arxasında şəxsən Milli dayanır. İndi məlum olanda ki, bütün əməliyyatı amerikalılar planlaşdırıb, təlimlər keçiriblər, hazırlayıblar. Sual olunur: biz kiminlə mübarizə aparırıq? Blinken, Sallivan, Bayden - qatilləri təmsil edir! Milli qatildir. Beynəlxalq terrorçulardır. Və onlara başqa münasibət ola bilməz! Viktoriya Nuland və digər bütün əclaflar da bura daxildir. Onlarla məhz belə davranmaq lazımdır”, - o bildirib.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi