İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Nəsib oğlu Əliyevə hökm oxunub.
BUTA.TV xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.
Zaur Adilov 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Əjdər Əliyev isə 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib.
Baş prokurorluq 2022-ci ilin dekabr ayında adıçəkilən şəxslərin saxlanılması barədə məlumat yayıb.
İttiham aktına əsasən, Z.Adilov və Ə.Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət alıblar. Zaur Adilov həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu cinayət başında yaxalayıb.
Onlara qarşı cinayət məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...