Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində BMV markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi