Oğuzda qızılca xəstəliyinə 10 yoluxma qeydə alınıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 11 nəfər daxil olub.
Xəstəliyə yoluxanlardan 2-si bu gün xəstəxanaya daxil olub. Hazırda 1 nəfər stasionarda müalicə alır, 7 nəfərə isə ambulator müalicə göstərilib.
Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda 2 nəfər bu xəstəliyə yoluxub.
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?