Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial media hesabında müzakirələrə səbəb olan paylaşım edib. Belə ki, Canana keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığını iddia etdiyi görüntüləri paylaşıb.
Buta.tv xəbər verir ki, sosial şəbəkələrdə bu görüntülərə tanınmışlardan da sərt reaksiyalar gəlib.
Belə ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu barədə qeyd edib:
"Mənim o uşağa ürəyim ağrıdı. Görün necə bezdiriblər! Bu yeniyetmə indi dərsini oxuyub, məşqinə getməlidir. Ögey anadan çəkdiyi nədir? Mətanət İsgəndərli efirlərdə bar-bar bağırıb nəvələrim deyir. Budur, nəvə qalıb qapı arxasında!"
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilib. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
- Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi
- Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət etdi
- DİN yayılan görüntülərə aydınlıq gətirdi
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi