Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra neft və dəniz ticarətinin maliyyə arxitekturasında elə bir dəyişiklik baş verdi ki, hətta Ukraynada münaqişə başa çatdıqdan və bütün məhdudiyyətlər götürüldükdən sonra əvvəlki vəziyyətə qayıtmaq çətin olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Yunanıstan dövləti də sahillərində baş verən “kölgə donanması” ilə daşınmalar qarşısında aciz qaldığını bildirir. Bunun nə qədər davam edəcəyi məlum deyil. Lakin “kölgə donanması”nın artan əhəmiyyəti aydındır. Rusiya bu il istehsal etdiyi neftin təxminən 45%-ni “kölgə donanması” ilə daşıyıb. Gəmi sahibləri və treyderlər Rusiyaya sanksiyalardan yayınmağa kömək edirlər. Yalnız oktyabrda Rusiyanın neft satışından əldə etdiyi xalis gəlir 11,3 milyard dollar təşkil edib və bu, ay ərzində ölkənin ümumi xalis büdcə gəlirlərinin 31%-ni təşkil edib. Bu, Ukraynada münaqişə başlayandan bəri əldə olunan rekord göstəricidir”, - məlumatda bildirilib.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto