Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.
Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müəyyən ediləcək.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi
- Kartla köçürməni qohuma etdiyimizi - Bank necə aydınlaşdıracaq?
- “Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar