Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası hazırlanacaq.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi
- Kartla köçürməni qohuma etdiyimizi - Bank necə aydınlaşdıracaq?
- “Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar