Avropa hökumətləri ciddi narahatdır ki, Donald Tramp Ağ Evə qayıtsa, o, Ukraynaya yardımı tamamilə dayandırmaqla yanaşı, həm də NATO-nu qəsdən məhv edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms”ın yaydığı məqalədə bildirilib.
Qeyd edilib ki, NATO mövcud olduğu müddətdə həm Respublikaçılar, həm də Demokratlar bu təşkilatı ABŞ-ın dünya səhnəsində gücünü və təsirini artırmaq üçün alət kimi görürdülər:
"Tramp prezident olanda dəfələrlə Avropanın müdafiə xərclərini artırmayacağı təqdirdə ABŞ-ı alyansdan çıxacağı ilə hədələyib. Hazırda güclənən yeni seçki kampaniyasında Tramp indiyə qədər öz niyyətləri haqqında çox az danışıb. Bununla belə, onun rəsmi kampaniya saytında aşağıdakı cümlə var: “Biz NATO-nun məqsəd və missiyasını əsaslı şəkildə yenidən qiymətləndirməklə mənim administrasiyam zamanı başladığımız prosesi başa çatdırmalıyıq”.
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Səbəb bu imiş- Video-Yenilənib
Həm Trampın özü, həm də onun tərəfdaşları bu ifadənin konkret məzmununu açıqlamaqdan imtina edirlər. ABŞ-ın Avropadakı müttəfiqləri bundan narahatdırlar".
- Qurban Qurbanovun qəzəbinin qarşılığı nə olacaq?
- Ər və arvadın yanaraq öldüyü hadisə qəsdən törədilibmiş
- Hava dəyişir: yağış, külək, dolu başlayır - Tarix açıqlandı
- Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
- 13 stomatoloq məsuliyyətə cəlb edildi
- “Azəristiliktəchizat”dan sakinlərə xəbərdarlıq
- Beyləqanda kanalda 1 nəfər batdı
- Dəqiqədə 700 min dollardan çox qazanıblar…