Papa Bakı və İrəvan arasındakı əsir mübadiləsindən danışdı

16:06 - 10 Dekabr 2023 - GÜNDƏM

 Papa Bakı və İrəvan arasındakı əsir mübadiləsindən danışdı

Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə sevindim.

BUTA.TV xəbər verir ki, bunu Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı deyib.

“Mən xeyli sayda erməni və azərbaycanlı hərbçinin azad edilməsindən məmnunam və Ermənistan və Azərbaycan arasında münasibətlər üçün bu müsbət siqnala böyük ümidlə baxıram. Mən tərəfləri və onların liderlərini sülh müqaviləsin mümkün qədər tez bağlamağa çağırıram”, - Papa bildirib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol