Şuşada şok qiymətə yeni il proqramı...

22:44 - 10 Dekabr 2023 - GÜNDƏM

 Şuşada şok qiymətə yeni il proqramı...

Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərlik paket üçün 2500-3500 manat sərf etməli olacaqlar. Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və sair aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanlar üçün işğaldan azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacaq.

BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, məbləğ bazar iqtisadiyyatına uyğun qərarlaşdırılıb:

“Bu paket özəl şirkətlər tərəfindən hazırlanır. Vətəndaşlar 2500-3500 manatlıq qiymətlə razılaşmasalar, müəyyən endirimlər ola bilər. Bazar iqtisadiyyatında qiymətin yaxşısı-pisi yoxdur, alıcının olub-olmamasına fikir verilir.

Bu cür qiymətlərin təyin edilməsində həmin şirkətlərin menecerləri ortaq qərar verir və buna əsasən məbləğ müəyyən edilir. Burada dövlətdən icazə almağa da ehtiyac yoxdur. Ümumiyyətlə, dövlət bu kimi məsələlərə qarışmır”.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ekspertin fikrincə, aylıq gəliri aşağı olan vətəndaşlar da bu kimi tədbirlərdə iştirak etmək yerinə, daha münasib alternativlərə müraciət edə bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol