Orban və Zelenskinin söhbəti 15 dəqiqə çəkdi

13:04 - 11 Dekabr 2023 - GÜNDƏM

 Orban və Zelenskinin söhbəti 15 dəqiqə çəkdi

Macarıstanın Baş naziri Viktor Orban və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Argentina prezidentinin andiçmə mərasimi ərəfəsində söhbət 10-15 dəqiqə davam edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” Ukrayna nümayəndə heyətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, mediada Argentina prezidentinin andiçmə mərasimi ərəfəsində Orban və Zelenskinin görüşü və qısa söhbətinin görüntüləri yayılıb. Macarıstanın Baş nazirinin mətbuat katibi Havaşi bildirib ki, görüşdə Orban Zelenskiyə AB ölkələrinin Ukraynanın icmaya qəbulu məsələsini daim müzakirə etdiyini deyib.

Bundan əvvəl isə Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak Macarıstan XİN rəhbəri Peter Siyarto ilə söhbətində Orban və Zelenski arasında şəxsi görüşün keçirilməsini təklif edib. Macarıstan XİN-i isə cavabında qeyd edib ki, belə bir görüş ilkin hazırlıq olmadan mümkün deyil.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol