Müğənni Afət Fərmanqızı həyat yoldaşı ilə foto yayımlayaraq həmkarı Vəfa Şərifovaya söz atıb.
BUTA.TV xəbər verir ki, Afət Vəfanın "Həyat yoldaşımdan boşanmışam" sözünü ələ salıb. "Vəfaya deyin, üzünü göstərə bilmədiyi başqasının ərinə "kocişim" deyirdi. Həyat yoldaşı belə olur. Yalançı həyat yoldaşın 4 min manat da mənim oxuduğum "Dağlar oğlu" mahnısına verib, yemədi getdi. "Dağlar oğlu" düşmədi sizə, günah mahnıdadır.
Məncə iki-üç günə Vəfa acığa şəkil paylaşacaq. Boşanmalara normal baxıram, amma ərdən ayrılmaqdan söhbət gedir. Görüşdüyündən boşanmaqdan yox. Azərbaycan Respublikasında qanunda ikiarvadlılıq yoxdur. Xanımlar, özünüzü aldatmayın" deyə, Afət Vəfaya ünvanladığı paylaşımda yazıb.
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla eşq yaşayır. İfaçı bir müddət əvvəl ayrıldıqlarını deyərək "Rəsmi nikahımız yoxdur. Kəbinimiz var. Ona da son qoyduq" sözlərini söyləyib. İfaçının bu münasibətdən iki övladı var.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar