Ermənistanın baş naziri prezidentin yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəyə təyin edib, vəzifədən azad edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, müvafiq qanun layihəsi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasına təqdim edilib.
“Mövcud qanunvericiliyə görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti baş nazirə tabedir, lakin Xidmətin rəisi və onun müavinləri prezidentin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Dəyişikliklərdən sonra bu funksiya prezidentdən baş nazirə keçəcək”, - ədliyyə nazirinin müavini Armenui Arutyunyan deyib.
Qeyd olunur ki, dəyişikliklərdə o da təklif olunub ki, Milli Təhlükəsizlik Xidmətinin rəisi və müavinləri vəzifəsinə təyin olunmaq üçün müvafiq rütbənin olması vacib deyil.
Komissiya düzəlişlərin lehinə səs verib.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video