Meyxanaçı Namiq Qaraçuxurlu mərhum həmkarı Nizami Rəmziyə həsr edilən "O üz" verilişinə gəlməkdən imtina edib.
BUTA.TV Axşam-a istinadla xəbər verir ki, bu barədə proqrama gələn N.Rəmzinin qızı Heyran Baxşıyeva danışıb. O, N.Qaraçuxurlunun ünvanına sərt sözlər deyib:
"Namiq Nizami haqda nə bilir ki, danışsın? O, məktəbə gedəndə Nizami Rəmzi konsert verirdi, efirdə çıxış edirdi. Namiq Qaraçuxurlu, Pərviz Bülbülələr efir vasitəsiylə özünü tanıdıblar. Nizami xalqın içində tanınıb, efirə çağrılıb. Namiq konsert verəndə, insanlar gəlsin deyə, Nizaminin "Nəcibə" mahnısını oxudu, onunla özünü reklam etdi. O vaxt ona Nizami lazım idi. İndi Bakıda ola-ola "Moskvadayam" deyir.
Meyxananın şahına həsr olunan verilişə gəlmirsən. Cürətə bax, Pərviz Nizami Rəmzinin "Aşıqla canan" mahnısının sözlərini dəyişib, deyir mənimdir. Sənin bildiyin nədir ki, söz yazırsan. Nizami Rəmzinin çörəyini yeyirsiz!"
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı