Tanınmış xeyriyyəçi, aparıcı Hacı Nuran Rusiyadan Bakıya gələ bilmir.
BUTA.TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Hacı Nuranın sözlərinə görə, təhlükəsizlik məqsədilə uçuşlar təxirə salınıb:
“Çox pis vəziyyət yaranıb. Neçə saatdır ki, yüzlərlə, minlərlə insan Moskvanın “Vnukova” hava limanında qalıb. Heç bir xəbər verilmir. Sadəcə pilotların təhlükəsizliyinin qorunduğunu və uçuşların təxirə salındığını deyirlər. Burada körpə, qadın, qoca, xəstə insanlar var. Hər kəs çıxılmaz və çaşqın vəziyyətdədir. Heç kim konkret nə isə demir.
Yeri gəlmişkən qeyd edim ki, bu gün səhər saatlarında Kalujski səmasında Ukraynanın dron aparatları görünüb və Rusiya hərbiçiləri PUA-ları vurub.
Hazırda hamı qorxu və təşviş içindədir. Nə olacağı, uçuşlara nə vaxt qərar veriləcəyi sual altındadır”.
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı