Röya Ayxan tez-tez açıq-saçıq geyimlərinə görə tənqid hədəfinə çevrilən həmkarı Xalq artisti Tünzalə Ağayevadan söz açıb.
BUTA.TV Bizim.media-ya istinadla xəbər verir ki, o, Tünzalənin əyninə geyindiyi açıq-saçıq geyimlərin onun bədən ölçüləri üçün olmadığını bildirib:
"Eybi yoxdur, qoy, Tünzaləni tənqid etsinlər, o da yaşadıqlarımızı yaşasın (gülür). Bəlkə də tamaşaçılar Tünzalədən açıq-saçıq geyinməsini gözləmirdilər deyə, onu tənqid etməyə başladılar.
Ola bilər ki, bədən proporsiyalarına uyğun geyinmir. Arada mən də ona baxıb, elə düşünmüşəm ki, bu geyim Tünzalənin bədən ölçüləri üçün deyil. O da sənəti ilə məşğul olan xanımdır. Tünzalə qadındır. Bəlkə də bununla ona ruh gəlir, xoşuna gəlir... Açıq-saçıq geyinsin də... Geyinmirsə də, qoy soyunsun. Ürəyi necə istəyir, etsin. Elə hər zaman biz soyunmayacağıq ki, qoy, bir dəfə də Tünzalə soyunsun".
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar