Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə deyib.
"Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir", - dövlət başçısı bildirib.
- İranın vurulmasına ərəb ölkələrinin reaksiyası
- İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili
- Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev
- İsrail hücumu: Ermənistan vətəndaşları Bakıda
- Azərbaycanla məsləhətləşmələr aparırıq - Paşinyan
- Azərbaycan İrandan təxliyəyə başladı
- İran-İsrail müharibəsi olacaqmı? - Politoloq
- Həsənov Bagirinin ölümünə görə İrana başsağlığı verdi