“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.
Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
- Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev
- Prezidentdən bu universitetlə bağlı sərəncam
- Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video
- Bakıda 8 ailənin yaşadığı binada təhlükə - Video
- Əli Əsədov onu vəzifəsindən azad etdi
- İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi
- Prezident Şahin Seyidzadəni vəzifəsindən azad etdi
- Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edildi