Dekabr ayında dollara tələb artmaqda davam edib. Dünən keçirilən hərracda 89.7 milyon dollarlıq sifariş olub. Bütövlükdə bu ayın geridə qalan günlərində hərraclarda 446.1 milyon dollar satılıb. Bu, ötən ay hərraclarda qeydə alınan 234,7 milyon dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, 2023-cü ilin oktyabr ayı ərzində hərraclarda 202,6 milyon dollar satılıb. 2023-cü ilin 11 ayı ərzində isə hərraclarda 2 milyard 539,5 milyon dollarlıq sifariş qeydə alınıb:
“Aylıq müqayisə göstərir ki, dekabr ayında tələb kəskin artıb. Dekabrın ilk 21 günündə noyabr və oktyabr ayları üzrə cəmi məbləğdən daha çox dollar satılıb. Belə ki, son 2 ayda cəmi 437.3 milyon dollar satıldığı halda dekabrın geridə qalan günlərində 446.1 milyon dollar alınıb.
Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”.
Ekspert bildirib ki, dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir edəcəyinə Mərkəzi Bank qərara verir.
- Azərbaycana yay gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava