Son aylarda Azərbaycandan xarici ölkələrə təyyarə ilə sərnişindaşıma qiymətlərində azalma müşahidə edilir.
BUTA.TV xəbər verir ki, qiymətin azalması dinamikası həm MDB ölkələrinə, həm də digər xarici ölkələrə uçuş xidmətlərində baş verir. 2023-cü ilin avqustunda təyyarə biletlərində qiymətlər son ayların ən yüksək həddinə çatmışdı. Həmin tarixdə MDB ölkələrinə uçuş qiyməti orta hesabla 1099 manat, digər xarici ölkələrə 1141 manat idi. Noyabrda orta qiymətlər MDB ölkələrinə 528,1 manata, digər xarici ölkələrə 641,1 manata düşüb.
Son 3 ay ərzində MDB ölkələrinə təyyarə biletlərinin qiyməti 2,08 dəfə (571 manat), digər ölkələrə sərnişindaşıma qiyməti 1,78 dəfə (500 manat) düşüb.
Xaricə səfər etmək istəyən insanlar üçün təyyarə biletlərinin kəskin ucuzlaşması əlverişlidir. Çünki quru sərhədləri bağlı olduğundan xaricə səfər etmək istəyənlər yalnız hava nəqliyyatından istifadə etmək imkanına sahibdir.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın