2024-cü il üçün astroloqlar 4 bürcün karyeralarında yüksəlişlər yaşayacağını açıqlayıblar.
BUTA.TV həmin bürcləri təqdim edir:
BUĞA
Buğa bürcü insanları hədəflədikləri məsələlərdə qarşısına çıxan hər hansı maneəni dəf etməyi bacarırlar. Orta səviyyədənsə, yüksək həyat tərzi sürməyi sevən Buğa bürcü 2024-cü ildə vəzifədə yüksələ və ya arzuladıqları vəzifə üçün işləri dəyişə bilər.
QIZ
Qız bürcü zəhmətkeşliyi ilə tanınır. Ən çətin işləri öz üzərlərinə götürürlər. Daima yüksək həyat səviyyəsi arzulayan bu insanlar nizam-intizamlı və məqsədyönlü çalışsalar, 2024-cü ildə gözlədikləri yüksəlişi əldə edə biləcəklər.
ŞİR
Liderlik keyfiyyətləri ilə tanınan Şirlər yaxşı həyat standartı üçün gecə-gündüz çalışırlar. Həmişə pul qazanmağın yolunu tapırlar. Astroloqların fikrincə, 2024-cü il onlar üçün karyera baxımından uğurlu olacaq.
DOLÇA
Dolça üçün gələcəyini sığortalamaq vacibdir. İnvestisiya etmək istəyən Dolçalar 2024-cü ildə qarşılaşacaqları iş imkanlarından yararlansalar, xəyal etdikləri həyatı yaşaya biləcəklər.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir