Tanınmış prodüser, aparıcı Tarix Əliyev (Tolik) müğənni Vəfa Şərifovanın şəxsi həyatı haqda bir sıra maraqlı faktları açıqlayıb.
BUTA.TV xəbər verir ki, "Rəngarəg səhər" verilişində qonaq olan Tolik müğənninin həyat yoldaşı, iş adamı Famil bəyin müğənnidən dünyaya gələn 2 övladına soyadını verdiyini bildirib: Mən Vəfanın vəkili kimi çıxış etmək istəmirəm, amma onun iki övladına da ataları öz adını və soyadını verib. Bəzən deyirlər ki, niyə ərini göstərmirsən filan? Famil niyə efirlərə çıxmalıdır ki, o, biznesmen adamdır. Müğənnilər ərləri göstərmir, çünki bilirlər ki, əllərindən alacaqlar".
Müğənni Təranə Qumral isə Tolikin bu fikirlərinə etiraz edib: "Xeyr, çünki başqasının əridir deyə göstərmirlər. Başqasının əridir də, bəs nədir?! Bunu edən kişilər qanuni arvadından qorxaraq gizli edir".
Tarix Əliyev buna baxmayaraq, Vəfa Şərifovanı dəstəkləməyə davam edib:
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
"Vəfa heç kəsin ərini gedib evindən tutub gətirməyib. Ailəsinə baxmayan, uşaqlarını ac qoyan, altındakı maşını satıb müğənniyə yedirənlər kişi deyillər. Amma kişinin imkanı varsa, həm evdə arvadına, həm də müğənniyə baxa bilirsə, olar. Mən demirəm bu yaxşı şeydir, amma fakt kişi bu qadınla görüşüb, ondan dünyaya 2 uşaq gətizdirib. Bu onun kişiliyidir, soyadını da uşaqlara verib".
Həmin görüntüləri təqdim edirik:
- Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi
- Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət etdi
- DİN yayılan görüntülərə aydınlıq gətirdi
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi