Dünyanın ən bahalı 10 hücumçusu

09:52 - 29 Dekabr 2023 - GÜNDƏM

 Dünyanın ən bahalı 10 hücumçusu

"Transfermarkt" portalı dünyanın ən bahalı 10 hücumçusunun adlarını açıqlayıb.

BUTA.TV xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann və Fransanın PSJ komandasından Kilian Mbappe (hər ikisi 180 milyon avro) 1-2-ci pillələri bölüşdürürlər.

İspaniya təmsilçisi "Real"da çıxış edən Vinisius Junior (150 milyon avro) ilk "üçlük"də yer alıb.

İngiltərənin "Arselan" klubundan Bukayo Saka (120 milyon avro), "Mançester Siti"dən Fil Foden, İtaliyanın "Napoli" komandasından Viktor Osimhen, "İnter"dən Lautaro Martines, Almaniya çempionu "Bavariya"dan Harri Keyn (hamısı 110 milyon avro), "Real"dan Rodriqo (100 milyon avro), "Mançester Siti"dən Xulian Alvares (90 milyon avro) "10-luğ"u tamamlayıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol