İran “MOSSAD-a işləyən” 4 nəfəri edam etdi

16:44 - 29 Dekabr 2023 - GÜNDƏM

 İran “MOSSAD-a işləyən” 4 nəfəri edam etdi

İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı çıxarılan ölüm hökmünü icra edib.

BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatında deyilir.

“Sionist rejimlə əlaqəsi olan (İsrail nəzərdə tutulur - red.) təxribat qrupunun dörd üzvü İsrail kəşfiyyat xidməti MOSSAD zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyinə xələl gətirməyə cəhd etmişdilər, bu gün səhər saatlarında onlar edam ediliblər”, - bəyanatda deyilir.

Qeyd edək ki, oktyabrın 24-də İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Atabati İran kəşfiyyatçılarının 10 nəfərdən ibarət qrupu saxladığını bildirib. Onların İsrailə çalışdığı və MOSSAD zabitləri ilə birbaşa video-əlaqə saxladıqları iddia edilir.

Bu xəbər hal-hazırda çox oxunur
Əsgərimiz özünü öldürüb - Rəsmi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol