Rusiya raketi Polşa hava məkanına daxil oldu

19:14 - 29 Dekabr 2023 - GÜNDƏM

 Rusiya raketi Polşa hava məkanına daxil oldu

Rusiyaya məxsus raket Polşa hava məkanına daxil olub.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa Baş Qərargah rəisi Veslav Kukula deyib.

“Hər şey Rusiya raketinin Polşa ərazisinə uçduğunu göstərir. O, izlənildi, sonra bizim ərazimizi tərk etdi. Dəqiqləşdirilmə üçün axtarışlar aparırıq", - deyə Kukula bildirib.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələri cümə günü səhər saatlarında naməlum hava obyektinin Ukrayna ərazisindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb. Naməlum obyekt sonradan radarlardan itib.

Bundan sonra Polşa Prezidenti Andjey Duda ordu rəhbərliyi ilə təcili görüşlər keçirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol