Sali Berişa ev dustaqlığına məhkum olundu

21:06 - 30 Dekabr 2023 - GÜNDƏM

 Sali Berişa ev dustaqlığına məhkum olundu

Albaniyanın keçmiş baş naziri Sali Berişa barəsində ev dustaqlığı qərarı çıxarılıb.

BUTA.TV xəbər verir ki, ölkənin Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi İnstansiya Məhkəməsi əvvəlki məhdudlaşdırıcı tədbirləri pozduğuna görə 79 yaşlı Berişanın ev dustaqlığına məhkum edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onun xaricə çıxışı da qadağan olunub.

Qeyd edək ki, bir müddət öncə ölkə parlamenti Berişanın hüquqi toxunulmazlığının ləğvinə qərar verib.

Oktyabr ayında prokurorluq Berişa barəsində kürəkəni Camarber Maltesiyə 17 çoxmənzilli bina tikmək üçün dövlət torpaqlarının özəlləşdirilməsinə yardım etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddiası ilə cinayət işi açıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol