Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya Prezidenti Aleksandr Vuçiçi və Macarıstanın Baş naziri Viktor Orbanı təbrik edib. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda bu təbiidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kreml sahibinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də qeyri-adi deyil:
“Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur. Putinin imkanı olsaydı, Baş nazir Nikol Paşinyanı devirib yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə oturdardı. Ancaq Köçəryanın və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib və bu təbrik də Paşinyana mesajdır”.
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı