Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, yerli sakinlər yeni ilin gəlişindən üç dəqiqə sonra yeraltı təkanları hiss ediblər.
“Petropavlovsk-Kamçatskda zəlzələnin episentri rayon mərkəzindən 67 kilometr aralıda, Avaça buxtasında yerləşib”, - məlumatda deyilir.
Bildirilir ki, ocağın dərinliyi dəniz dibinin təxminən 60 kilometr dərinliyində olub. Təkanlar nəticəsində dağıntı və tələfat olmayıb. Sunami təhlükəsi elan edilməyib.
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu