Cəlilabadda qəza: yaralılar var

21:26 - 5 Yanvar 2024 - GÜNDƏM

 Cəlilabadda qəza: yaralılar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ 2107 markalı minik avtomobili yolun kənarında, dayanmış vəziyyətdə olan “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində Cəlilabad rayon sakinləri olan iki nəfər xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Musayev Fərid Qərib oğlu ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol