ABŞ Həşdi-Şabi şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşının ölümü ilə nəticələnən hücumu öz üzərinə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.
Rayder Əbu Təqvanın İraqdakı ABŞ bölmələrinə qarşı hücumlarda aktiv rol oynadığı üçün öldürüldüyünü bildirib.
“Hücum müdafiə məqsədilə həyata keçirilib və heç bir mülki şəxsə zərər verilməyib”, - Rayder qeyd edib.
Qeyd edək ki, Bağdadın şərqində yerləşən Həşdi-Şabi (Əl-Həşd əş-Şaabi) bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı.
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video