İranda güclü partlayış: şayiələr yayıldı

22:52 - 6 Yanvar 2024 - GÜNDƏM

 İranda güclü partlayış: şayiələr yayıldı

İranın Fars əyalətində güclü partlayışlar baş verib.

BUTA.TV xəbər verir ki, partlayışlardan sonra sosial mediada Bəxteqan gölü yaxınlığında təyyarənin qəzaya uğradığı haqda məlumat yayılıb.

Fars əyalətinin böhran idarəsinin rəhbəri Qulamrza Qulami bildirib ki, təyyarənin qəzaya uğraması xəbəri həqiqəti əks etdirmir, bu şayiə Bəxteqan gölü ərazisində güclü partlayış səsi eşidildikdən sonra yayılıb.

O, yaxınlıqdakı şaxtada partlayış baş verməsi nəticəsində yüksək səsin gəlməsini istisna etməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol