Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanıldı. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub.
Kult.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı növbəti 3 ildə qüvvədə olacaq:
“bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib.
Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımından vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər var. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.
Bütün bunlarla yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədəuyğundur. Xüsusən də kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək”.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi