Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda gözləmədə olan yük maşını yoxdur.
Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 100 ədəd yük maşını gözləyir: “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40, “Xanoba” gömrük postunda isə 6 yük maşını.
"Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - AYNA bildirir.
Xatırladaq ki, “Qırmızı Körpü”də sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları Azərbaycan üzərindən hərəkət edirdi.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu