Bu il Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransı keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib, 2024-cü ildə beynəlxalq əməkdaşlıq çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin 2024-cü ilin 27 sentyabr – 02 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər