Razi Nurullayevin “nüvə silahı” vədi...

14:32 - 8 Yanvar 2024 - GÜNDƏM

 Razi Nurullayevin “nüvə silahı” vədi...

Bizim adımızdan dünən saxta bir X səhifəsi açıblar və orada belə şeylər paylaşıblar. Yəqin ki, Teleqramın erməni seqmentindəki səhifələr də bundan istifadə edib dezinformasiya ilə məşğul olurlar.

Bu sözləri BUTA.TV-a erməni Teleqram kanallarında haqqında saxta məlumat yayılması barədə danışan Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev deyib.

Partiya sədri lazımi addımların atıldığını bildirib:

“Partiyamız artıq sözügedən səhifə ilə bağlı təkzib verib. Yayılan məlumat qətiyyən həqiqəti əks etdirmir və tamamilə yalandır. Ermənilər də belə şeylərdən sui-istifadə edirlər. Təəssüflər olsun ki, müasir sosial media dövründə məsələləri nəzarətdə saxlamaq imkanımız xaricindədir. Ona görə belə məsələlər artıq insanların vicdanına qalıb. Gərək bu cür vicdansızlıq edilməsin”.

Qeyd edək ki, ötən gün Razi Nurullayevin “təbliğat şüarı” kimi seçiləcəyi təqdirdə Azərbaycanın nüvə silahı olacağı haqda vəd verdiyi iddiası yayılıb. Erməni mediası bunu “məmnuniyyətlə” tirajlayıb və əks-təbliğata başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol