Jdanov: Rusiyada “Priqojinin yeni yürüşü” başlayır

16:54 - 8 Yanvar 2024 - GÜNDƏM

 Jdanov: Rusiyada “Priqojinin yeni yürüşü” başlayır

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a qohumlarına qarşı sanksiyaların ləğvi üçün ukraynalı əsirləri dəyişdirməyi təklif edir, lakin ertəsi gün sözlərindən imtina edir.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Hərbi ekspert Kadırovun belə qəribə davranışını Putinin nəzarətindən çıxmağa çalışması ilə izah edir:

“Lakin o, indiyə qədər buna nail ola bilməyib. Kadırovun bu addımı Priqojinin üsyan təşkil edib Moskvaya yürüş edərkən etdiyi hərəkətləri xatırladır. Kadırovun Rusiyada əsas “çat” olacağı qənaətindəyəm, hər şey ondan başlayacaq. Bir dəfə demişdim ki, Putinə ilk xəyanət edən Kadırov olacaq və Rusiyanın dağılması ondan başlayacaq. İndi təxminən belə də olur. Kadırov ailə üzvlərinə qarşı sanksiyaların ləğvi müqabilində əsirlərin dəyişdirilməsini təklif edib. Birincisi, bu, Rusiyanın terrorçu ölkə olduğunu göstərir və biz bu faktın tanınmasını tələb etməliyik, çünki onlar məhbus alveri ilə məşğuldurlar”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol