İstanbulda Fateh məscidində qanlı olay...

01:12 - 9 Yanvar 2024 - GÜNDƏM

 İstanbulda Fateh məscidində qanlı olay...

İstanbulun Fateh məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.

BUTA.TV-ın məlumatına görə, hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.

Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fateh məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki nəfərin həyati təhlükəsi var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol