Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri postunda Elizabet Bornun varisidir.
BUTA.TV xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb.
“Bu varis seçimi ilə Fransa Prezidenti Emmanuel Makron başlanğıcında bir sıra qeyri-populyar islahatlarla yadda qalan ikinci prezidentlik beşilliyinə yeni nəfəs verməyə çalışır. 34 yaşlı evli homoseksual Atal Fransa tarixinin ən gənc baş naziri olacaq. Beləliklə, Atal 1987-ci ildə Baş nazir olan Loran Fabiusu da keçəcək”, - agentlik bildirib.
Qeyd edək ki, Fransa Baş naziri Elizabet Born ötən gün istefa verib.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər