Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı

18:36 - 9 Yanvar 2024 - GÜNDƏM

 Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı

Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqram kanalında məlumat yayıb.

“Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.

Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.

Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol