Tiflisdə Stalinin təsviri olan ikona təhqir olundu - Video

19:40 - 9 Yanvar 2024 - GÜNDƏM

 Tiflisdə Stalinin təsviri olan ikona təhqir olundu - Video

Tiflisdəki Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedralı) İosif Stalinin ikonası ilə yanaşı olan Müqəddəs Matrona ikonasına naməlum şəxslər göy boya töküblər.

BUTA.TV xəbər verir ki, bu barədə gürcü eko-aktivist Nata Peradze sosial şəbəkədə görüntülər paylaşıb.

Maraqlı məqam ondan ibarətdir ki, Stalinin təsvir olan hissəyə boya düşməyib.

Gürcüstan Patriarxlığının nümayəndələri insidentlə bağlı hələlik şərh verməyiblər.

Qeyd edək ki, bundan öncə siyasətçi Georgi Kandelaki katedralda Stalinin ikonasının peyda olmasını kəskin tənqid etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol