Diasporla İş üzrə Dövlət Komitəsi İsraildə yaşayan yazıçı Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yayıb.
BUTA.TV xəbər verir ki, nekroloqda deyilir:
"Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri Çingiz Hüseynov ömrünün 94-cü ilində dünyasını dəyişib.
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi kimi fəaliyyət göstərən görkəmli yazıçı Lomonosov adına Moskva Dövlət Universitetininin filologiya fakültəsini bitirib. 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), əməkdar incəsənət xadimi Çingiz Hüseynov əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb.
Qeyd edək ki, XX əsr Azərbaycan bədii fikrinin aparıcı simalarından olan Çingiz Hüseynov uzun illərdir İsraildə yaşayırdı.
Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və oxucularına dərin hüznlə başsağlığı verir".
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...