Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə birlikdə Çukotkaya səfər edib.
BUTA.TV xəbər verir ki, səfərdən ilk görüntüləri rusiyalı jurnalist Pavel Zarubin özünün Teleqram kanalında paylaşıb.
Anadır hava limanında çəkilən kadrlarda Peskovun narıncı rəngdə “Xişnik” (“Yırtıcı”) adlı böyük maşının kabinəsinə qalxması əks olunub.
“Yerli malı öyrənirik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Çukotkaya səfər edib. Dövlət başçısının regiona sonuncu səfəri 2008-ci ildə, Dmitri Medvedyevin prezidentliyi dövründə olub. Anadıra səfərin Putinin 2024-cü ildə ilk regional səfəri olduğu bildirilir.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər