Polşa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Radoslav Sikorski israilli həmkarı İsrail Katz ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, nazirlər ikitərəfli münasibətləri, Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Yaxın Şərqdəki vəziyyətdən danışan nazir Sikorski HƏMAS-ın hücumu qarşısında İsraillə tam həmrəy olduğunu bildirib. Nazirlər həmçinin Livanın cənubunda və Qırmızı dənizdə davam edən qeyri-sabitlik məsələsini gündəmə gətiriblər.
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?