Dünən Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzası baş verib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, rayonun Xarxatan kəndində yaşayan 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mersedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Məlumata görə, N.Məmmədov baş vermiŞ yol qəzasından əvvəl dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, hadisədən bir neçə saniyə əvvəl N.Məmmədov sükan arxasında olarkən onun ürəyi tutub. Nəticədə sürücü özündən gedib və N.Məmmədovun sürdüyü avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara və dirəklərə çırpılıb. Sükan arxasında hərəkətsiz qalan şəxsin öldüyü müəyəyn edilib.
Qeyd edək ki, vəfat edən şəxs Lənkəranda məşhur “Nat petrol” yanacaqdoldurma məntəqəsinin sahibi olub və iş adamı kimi tanınıb.
Vəfat edən biznesmenin fotosunu təqdim edirik:
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?