Azərbaycanla düşmənçilik münasibətlərini tədricən yumşaltmağa və yeni birgəyaşayış normaları əsasında yaşamağa yönəlməli olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında deyib.
“Amma ciddi beynəlxalq təşkilatların və fövqəldövlətlərin iştirakı olmadan sülh müqaviləsinin imzalanmasının mənası yoxdur. Əgər saziş beynəlxalq qarantlar olmadan imzalansa, bu, mənasız sənəd olacaq”, - Ağazaryan bildirib.
Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında tutduqları mövqelərdən bir addım da geri çəkilməyəcəkləri barədə bəyanatına da toxunub:
“Hazırda bu, o qədər də qorxulu məsələ deyil, çünki qalan bütün məsələlərdə razılığa gəlsək, onda bu problem sərhədin demarkasiyası prosesinin bir hissəsi kimi tənzimlənə bilər. Qoşunların “güzgü prinsipi” ilə çıxarılması özlüyündə məqsəd deyil, bu, iki ölkə arasında sülhün bərqərar olmasına yönəlmiş addımdır”.
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi