Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
MSK sədri qeyd edib ki, çünki bu, azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir.
O xatırladıb ki, azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən artıq seçicisi var. M.Pənahov qeyd edib ki, səsvermədə artıq öz doğma yurduna qayıdanlarla birlikdə, azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə cəlb olunmuş insanlar da seçki hüququ olan şəxslərdir.
“Onlar da səsvermədə iştirak edəcəklər. Prezident seçkilərini Azərbaycanda son illərdə formalaşmış yüksək əhvali-ruhiyyəyə uyğun başa vurmalıyıq. Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub. İlk dəfə olaraq Azərbaycanın bütün bölgələrində, beynəlxalq miqyasda tanınan ərazilərində seçki keçiriləcək".
Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir
- Bakı-İrəvan münasibətlərində ən etibarlı qarant... - Paşinyan
- Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı... - Paşinyan
- İlham Əliyev Keniya prezidentini təbrik etdi