Müdafiə nazirinin müavini general-leytenant Ənvər Əfəndiyevin, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin və digər zabitlərin istefaya göndərilməsi yaş həddi ilə bağlıdır. Onların Müdafiə Nazirliyində son aparılan yoxlamalar zamanı üzə çıxan neqativ hallara zərrə qədər aidiyyəti yoxdur.
Bu sözləri BUTA.TV-a Müdafiə Nazirliyində edilən dəyişikliklər haqda danışan istefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
“Biz yaxın həftələrdə daha böyük simaların adını eşidəcəyik. Növbəti ayda Müdafiə Nazirliyində yerdəyişmələr və yeni təyinatlarla bağlı sensasion xəbərlər olacaq. Çünki ölkə başçısının Ordumuzun 2025-ci ilədək Türkiyə Silahlı Qüvvələri modelinə keçidin tamamlaması ilə bağlı qəti əmri, tapşırığı var. Keçid zamanı isə bəzi ştatların ixtisarı, struktur dəyişikliyi və yeniliklərin tətbiqi qaçılmazdır”, - polkovnik vurğulayıb.
Qeyd edək ki, XTQ-nin sabiq komandanı general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini və Quru Qoşunların komandanı təyin edilib.
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir
- Bakı-İrəvan münasibətlərində ən etibarlı qarant... - Paşinyan
- Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı... - Paşinyan
- İlham Əliyev Keniya prezidentini təbrik etdi