Bu gecə ABŞ və Britaniya hərbi hava qüvvələri yəmənli husilərin mövqelərinə 100-ə yaxın dəqiq idarə olunan raket və mərmi atıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, husilərin Qırmızı dənizdə ticarət gəmilərinin marşrutlarını izləməsinin qarşısını almaq üçün Səna hava limanındakı radarlar məhv edilib. Husilərin nəzarətində olan sahilyanı Hüdeyda şəhəri də hücuma məruz qalıb. İrandan gətirilən silah anbarları, raketlər və pilotsuz təyyarələr məhv edilib.
ABŞ "Dwight Eisenhower" təyyarədaşıyan gəmisindən 15 ədəd F-18 döyüş təyyarəsini havaya buraxıb. Kiprdəki hava bazasından havaya qalxan "Tayfun" (Eurofighter Typhoon təyyarəsindən də istifadə edib.
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi