Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin hərbçilərinin İraqın şimalında terrorçularla atışma zamanı şəhid olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.
BUTA.TV xəbər verir ki, səfir bu barədə "X" şəbəkəsində yazıb.
R.Məmmədov qeyd edib ki, “Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir neçə əsgərin isə yaralanması xəbərini dərin hüznlə qarşılayıb.
Səfir Türkiyə xalqının dərdini bölüşdüyünü vurğulayıb, şəhidləriə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, terrorçuların hücumu zamanı 6 əsgər şəhid olub, 2-si ağır olmaqla 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...
- Polis gücləndirilmiş iş rejiminə keçdi - Video
- ABŞ Konqresinə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
- Sabah 8 minə yaxın abonentin qazı kəsiləcək